4 sentyabr 2012 13:11
Neftçi Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini açıqladı
Azərbaycan çempionu “Neftçi” UEFA Avropa Liqasının qrup mərhələsi üçüni sifariş ərizəsini UEFA-ya göndərib. Azerisport.az xəbər verir ki, siyahıda elə də ciddi dəyişiklik olmayıb.
Sifariş ərizəsində 24 futbolçu yer alıb. Onlardan da yalnız biri yeni futbolçudu. Belə ki, yarımmüdafiəçi Kamil Nurəhmədovun da adı siyahıya əlavə edilib.
Böyükağa Hacıyevin qrup mərhələsində xidmətindən yararlanmaq imkanına malik olduğu futbolçuların siyahısı belədi:
Qapıçılar: Emil Balayev, Rəşad Əzizov, Saşa Stamenkoviç;
Müdafiəçilər: Saşa Yunisoğlu, Tərlan Quliyev, İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Kərim Diniyev, Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Rodriqinyo, Flavinyo, Djulius Vobay, Erik Ramos, Araz Abdullayev, Mirhuseyn Seyidov, Cavid İmamverdiyev, Kamil Nurəhmədov;
Hücumçular: Elşən Abdullayev, Nikolas Kanales, Bahadır Nəsimov, Emin Mehdiyev, İlham Allahverdiyev.
Qeyd edək ki, “Neftçi” qrup mərhələsinin startına bir gün qalmışadək daha bir oyunçunun adını siyahıya əlavə edə bilər.
