4 sentyabr 2012 01:17
Portuqaliya yığmasında iki dəyişiklik edildi
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu komandasının heyətində iki dəyişiklik edib. Azerisport.az xəbər verir ki, o, zədəli Karluş Martinslə Manuel Fernandesi heyətdən kənarlaşdırmalı olub.
Halbuki, son xəbərlərdə xüsusilə Karluş Martinsin sağlıq durumunda irəliləyişin olduğu bildirilirdi. Artıq Bentu onların əvəzində yeni futbolçular da çağırıb. Bunlardan biri “Braga”nın hücumçusu Eder, digəri isə bu komandanın yarımmüdafiəçisi Ruben Amorimdi.
Qeyd edək ki, Portuqaliya sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqla qarşılaşacaq. Ayın 11-də isə Braqada Azərbaycan millisini qəbul edəcək.
