4 sentyabr 2012 13:31
Yığmamızın İngiltərə ilə oyununun hakimləri açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İngiltərə oyununu idarə edəcək hakimlər bəllidi. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Onların işinə isə Norveçdən olan hakim-inspektor qiymət verəcək.
Qeyd edək ki, Azərbaycan - İngiltərə oyunu sentyabrın 6-da, saat 20:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək.
Baş hakim: Athanassios Giachos
Baş hakimin köməkçiləri: Damianos Efthimiadis, Michael Karsiotis
Dördüncü hakim: Anastasios Sidiropoulos
(Hakimlər briqadası Yunanıstandandır)
Hakim-inspektor: Einar Halle (Norveç)
