4 sentyabr 2012 14:15
UEFA-dan azərbaycanlı hakimlərə növbəti təyinat
FIFA referisi Anar Salmanov və FIFA referi köməkçisi Mehman Mahmudov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Estoniyada təşkil olunacaq 12-ci qrupunun oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunları sentyabrın 25-dən oktyabrın 2-dək keçiriləcək bu qrupda Estoniya, Ukrayna, İngiltərə və Farer adaları yığmaları mübarizə aparacaq.
