4 sentyabr 2012 13:53
Sumqayıt AZAL-la yoxlama oyunu keçirəcək
“Sumqayıt” Futbol Klubu yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu komanda sentyabrın 10-da “AZAL Arena”da AZAL-la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə "İnter"in qonağı olacaq.
