4 sentyabr 2012 14:44
Sumqayıt yeni transferini qovdu
“Sumqayıt” yeni transferlərindən biri ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu, Erdal Çelikdi.
24 yaşlı mərkəz müdafiəçisi məşqçilər korpusunun etimadını doğrulda bilməyib. Bu üzdən də o, komandadan qovulub.
Qeyd edək ki, türk əsilli alman futbolçu “Bucaspor” klubundan icarəyə götürülmüşdü. Bu üzdən də o, yenidən Türkiyə klubuna qayıdıb.
Qeyd edək ki, Erdal Çelikin mərkəz müdafiəçisi mövqeyində çıxış etdiyi Premyer Liqanın “Qarabağ” və Qəbələ” ilə oyunlarında “Sumqaylt” qapısından nə az, nə çox, düz 10 qol buraxmışdı.
