4 sentyabr 2012 14:56

Neftçinin Avroliqadakı oyunları Premyer Liqamızın təqvimini qarışdırdı

“Neftçi”nin Avropa Liqasının qrup mərhələsində ilk dəfə olaraq iştirakını və bu turnirdə uğurlu çıxış etməsi üçün lazimi şərait yaradılmasını nəzərə alan Peşəkar Futbol Liqası Premyer Liqanın təqvimində dəyişikliklər edib. Azerisport.az xəbər verir ki, PFL-in prezidenti Ramin Musayev bununla bağlı əmr imzalayıb.
 
“Neftçi”nin “Xəzər Lənkəran”, “İnter”, “Sumqayıt”, “Kəpəz”, “Rəvan”, AZAL ilə oyunlarının, həmçinin “İnter” – “Bakı” matçının vaxtı dəyişdirilib. PFL-in qəbul etdiyi qərarları təqdim edirik.
 
1. Avropa Liqasının “Partizan” – “Neftçi” matçı 20 sentyabr 2012-ci il tarixinə təyin olunduğu üçün V turun “Neftçi” – “Xəzər Lənkəran” matçı 16 sentyabr 2012-ci il tarixindən 15 sentyabr 2012-ci il tarixinə keçirilsin.
 
2. Avropa Liqasının “Neftçi” – “İnter” matçı 04 oktyabr 2012-ci il tarixinə təyin olunduğu üçün təqvimdə aşağıdakı dəyişiklik edilir:
VI turun “Sumqayıt” – “Neftçi” matçı 25 sentyabr 2012-ci il tarixindən 24 sentyabr 2012-ci il tarixinə keçirilsin.
VII turun “İnter” – “Neftçi” matçı 29 sentyabr 2012-ci il tarixindən 28 sentyabr 2012-ci il tarixinə keçirilsin.
VIII turun “Neftçi” – “Turan” matçı 03 oktyabr 2012-ci il tarixindən 08 oktyabr 2012-ci il tarixinə keçirilsin.
 
3. Avropa Liqasının “Rubin” – “Neftçi” matçı 25 oktyabr 2012-ci il tarixinə təyin olunduğu üçün təqvimdə aşağıdakı dəyişiklik edilir:
IX turun “Neftçi” – “Kəpəz” matçı 20 oktyabr 2012-ci il tarixindən 19 oktyabr 2012-ci il tarixinə keçirilsin.
X turun “Rəvan” – “Neftçi” matçı 27 oktyabr 2012-ci il tarixindən 28 oktyabr 2012-ci il tarixinə keçirilsin.
 
4. Avropa Liqasının “Neftçi” – “Rubin” matçı 08 noyabr 2012-ci il tarixinə təyin olunduğu üçün XII turun “Qəbələ” – “Neftçi” matçı 04 noyabr 2012-ci il tarixindən 03 noyabr 2012-ci il tarixinə keçirilsin.
 
5 .Avropa Liqasının “Neftçi” – “Partizan” matçı 22 noyabr 2012-ci il tarixinə təyin olunduğu üçün XIII turun “Neftçi” – “Sumqayıt” matçı 18 noyabr 2012-ci il tarixindən 17 noyabr 2012-ci il tarixinə keçirilsin.
 
6. Avropa Liqasının “İnter” – “Neftçi” matçı 06 dekabr 2012-ci il tarixinə təyin olunduğu üçün XVI turun “Neftçi” – “Rəvan” matçı 08 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci il tarixinə keçirilsin.
 
7. Premyer Liqanın I turunun təxirə salınmış “Neftçi” – “Bakı” matçı 18 dekabr 2012-ci il tarixinə təyin olunsun və XVIII turun “Neftçi” – AZAL və “İnter” – “Bakı” matçları 21 dekabr 2012-ci il tarixindən 22 dekabr 2012-ci il tarixinə keçirilsin.
 
8. Premyer Liqanın IV turunun təxirə salınmış AZAL – “Neftçi” matçı 13 fevral 2013-cü il tarixinə təyin olunsun və XIX turun “Kəpəz” – “Neftçi” matçı 10 fevral 2013-cü il tarixindən 09 fevral 2013-cü il tarixinə keçirilsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.