4 sentyabr 2012 15:53
Bahodir Nasimov sıraya dönür
Azərbaycan çempionu “Neftçi”nin uzun müddətdi sıradan çıxmış hücumçusu Bahodir Nasimovun sıraya dönüşü daha tez baş tuta bilər. Azerisport.az xəbər verir ki, bir müddət öncə Almaniyada müayinə olunub qayıdan özbək hücumçunun daha bir neçə ay forma geyə bilməyəcəyi açıqlanırdı.
Amma gələn son xəbərlərə görə, hazırda bərpa prosesi keçən forvard komandasının sıralarına daha tez dönə bilər. Belə ki, Nasimovun Avropa Liqasının qrup mərhələsinin ikinci turundan etibarən “Neftçi”yə kömək etməsi gözlənilir.
Qeyd edək ki, “Neftçi” Avroliqadakı ilk oyununu sentyabrın 20-də Serbiya “Partizan”ına qarşı səfərdə keçirəcək. Həmin görüşdə Bahodirin iştirak etməyəci dəqiqdi.
