4 sentyabr 2012 16:34
Foqts Nazim Süleymanovu Moskvaya göndərir
Sentyabrın 7-də, Moskva şəhərində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya - Şimali İrlandiya oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov qarşılaşmanı izləyəcək.
Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda Portuqaliya, Rusiya, Şimali İrlandiya, Lüksemburq və İsrail yığmaları ilə mübarizə aparacaq.
