4 sentyabr 2012 17:12
Millimizin İsraillə matçında portəgiz casus
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsrail oyunu rəqib komandaların da diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası tərəfindən Bakıya ezam olunmuş məşqçi Joze Karneyro millimizin İsrail yığmasına qarşı oyununu izləyəcək.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Maraq üçün qeyd edək ki, Azərbaycan - İsrail oyunu sentyabrın 7-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
