4 sentyabr 2012 17:23
Fariz Yusifova UEFA-dan növbəti təyinat
FIFA referisi Fariz Yusifov və FIFA referi köməkçisi Namiq Hüseynov UEFA Regionlar kubokunun İtaliyada keçiriləcək 8-ci qrupunun oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, məlumatı AFFA yayıb.
Oyunları oktyabrın 4-dən 10-dək keçiriləcək bu qrupda İtaliya, Estoniya, Polşa və Finlandiya komandaları mübarizə aparacaq.
