4 sentyabr 2012 11:08
“Neftçi ilə oyun bizim üçün ən vacib qarşılaşmadı”
Serbiyanın “Partizan” klubunun hücumçusu Stefan Şepoviç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib. Azerisport.az xəbər verir ki, İtaliyanın “İnter”, Rusiyanın “Rubin” və Azərbaycanın “Neftçi” klubları barədə söz açan forvard öncə bunları dilə gətirib:
“İnter” haqda çox danışmaq olar. Bu, həqiqətən də əla komandadı. Orda çoxlu ulduz futbolçu cəmləşib. Amma unutmamalıyıq ki, bizi ilk oyunda Milan klubu yox, Azərbaycanın “Neftçi” komandası gözləyir”.
“İnter” haqda çox danışmaq olar. Bu, həqiqətən də əla komandadı. Orda çoxlu ulduz futbolçu cəmləşib. Amma unutmamalıyıq ki, bizi ilk oyunda Milan klubu yox, Azərbaycanın “Neftçi” komandası gözləyir”.
Şepoviç həm Avropa Liqasında, həm də Serbiya birinciliyində uğur qazanacaqlarına inamını ifadə edib: “Ümid edirəm ki, “Partizan” həm Avropa Liqasında, həm də Serbiya çempionatında qələbə qazana biləcək. Hər iki turnirdə uğurlu olmaq üçün Avroliqaya da qələbə ilə başlamaq lazımdı. Buna görə də “Neftçi” ilə oyun bizim üçün ən vacib qarşılaşmadı”.
“İnter”lə oyuna biz nəyə qadir olduğumuzu göstərmək üçün çıxacağıq. “Rubin” yaxın keçmişdə “Barcelona” kimi klubu səfərdə məğlub etmiş komandadı. Bu kluba çoxlu investisiya yatırılır. “Neftçi” isə yəqin ki, Avropa Liqasında mümkün qədər yaxşı çıxış etmək barədə düşünür” – deyə Şepoviç şanslarını dəyərləndirib.
Qeyd edək ki, “Partizan”la “Neftçi” arasındakı ilk oyun sentyabrın 20-də Belqradda keçiriləcək.
