4 sentyabr 2012 11:25
Azərbaycan - İngiltərə oyunu canlı yayımlanacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İngiltərə oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma oyunu İdman Azərbaycan televiziya kanalında və AFFA-nın rəsmi saytında canlı yayımlanacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan - İngiltərə oyunu sentyabrın 6-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək.
