4 sentyabr 2012 12:23
İnterə daha iki futbolçu qoşuldu (FOTOREPORTAJ)
“İnter”in Gürcüstanın paytaxtı Tiflis şəhərindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, toplanışın 5-ci günündə 2 məşq baş tutub.
Səhərki çalışmalarda futbolçular isinmə hərəkətlərin ardınca fiziki hərəkətlər yerinə yetiriblər. Axşam məşqində isə "İnter" taktiki tapşrıqlar üzərində çalışıb, daha sonra ikitərəfli oyun keçirilib və məşq qapıya zərbələrlə yekunlaşıb.
Bu arada daha iki futbolçu "İnter"in düşərgəsinə qoşulub. Axşam məşqində Tiflisə yenicə gələn Brüs Abdullay və Petar Zlatinov da iştirak ediblər. Hər iki futbolçu fərdi qayda üzrə çalışıb. Onlar əsasən qaçış və yüngül isinmə hərəkətləri ilə məşğul olublar.
Xatırladaq ki, komandanın toplanışında ancaq Azərbaycan yığmasının sərəncamında olan Vladimir Levin, Nizami Hacıyev, Arif Daşdəmirov və Azərbaycanın U-21 millisinin düşərgəsində olan Abdulla Abatsiyev iştirak etmirlər.
Qeyd edək ki, bu gün "İnter" toplanış çərçivəsində ilk yoxlama görüşündə qüvvəsini sınayacaq. “Bankirlər” Gürcüstanın "Spartak” (Sxinvali) klubu ilə qarşılaşacaq.
