5 sentyabr 2012 00:34
Bakı İnteri Spartaka divan tutdu (YENİLƏNİB)
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "İnter" ilk yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” "Spartak” (Sxinvali) klubu ilə qarşılaşıb.
"Mtskxeta Park" stadionunda baş tutan matçda "İnter" rəqibinə heç bir şans verməyib - 4:0. Görüşün 30-cu dəqiqəsində Baçana Tsxadadze hesabı açıb. 58-ci dəqiqədə hakim Daniel Genova qarşı edilən kobudluğa görə "Spartak"ın qapısına penalti təyin edib və nöqtəyə yaxınlaşan Baçana Tsxadadze hesabı artırıb. 69-cu dəqiqədə Asif Məmmədov rəqibin qapısına yol tapıb. Görüşün əsas vaxtının bitməsinə 7 dəqiqə qalmış isə Ramil Mansurov qolkiperin qaytardığı topu qapıya göndərərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin yetirmələri toplanış çərçivəsində ikinci oyunu sentyabrın 8-də keçirəcəklər.
Yoxlama oyunu
4 sentyabr
Spartak (Sxinvali) – İnter (Bakı) – 0:4
