4 sentyabr 2012 00:42
Stüart Pirs: Azərbaycan irəliyə doğru böyük bir addım atıb
Futbol üzrə İngiltərənin gənclərdən ibarət yığmasının baş məşqçisi Stüart Pirs Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana və Norveçə qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim qarşıda iki vacib oyunumuz var. Onların hər ikisində qələbə qazanmaq istəyirik. Tsiklin əvvəlində qarşılaşdığımız Azərbaycan o dövrlə müqayisədə irəliyə doğru böyük bir addım atıb. Onlar iki dəfə İslandiyaya qalib gəliblər, Belçikadan xal alıblar. Almaniyalı baş məşqçiləri var (Bernard Lipperti nəzərdə tutur – azerisport.az). Hansı ki, bu komandanın inkişafı üçün çox iş görüb. Bütün bunlarla yanaşı biz Azərbaycanla həm də süni örtüklü meydançada oynamalıyıq”.
