5 sentyabr 2012 12:24
Simurq Gürcüstanda ikitərəfli oyun keçirdi
Gürcüstanda təlim-məşq toplanışında olan “Simurq” ötən gün növbəti məşqlərinə çıxıb. Azerisport.az xəbər verir ki, səhər hazırlığı əvvəlcə qaçışla başlanıb və fiziki gücün artırılması ilə bağlı tapşırıqlarla davam edib.
Daha sonra ötürmələr üzərində çalışan komanda məşqin sonunda kollektiv müdafiə və kollektiv hücum taktikası üzərində işləyib. Axşam məşqində isə isinmə hərəkətlərindən sonra iki hissəyə bölünən sarı-qaralar, hər bir hissəsi 30 dəqiqədən ibarət ikitərəfli oyun oynayıb.
Qeyd edək ki, sentyabrın 9-na qədər qonşu ölkədə təlim-məşq toplanışını davam etdirəcək komanda bu gün bir məşqə çıxacaq.
