5 sentyabr 2012 12:57
İsrail millisinin Bakıda açıq məşqi olacaq
Sentyabrın 6-da, saat 19:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda İsrail millisinin mətbuat nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan - İsrail oyunu üçün müvafiq qaydada akkreditasiyadan keçmiş KİV nümayəndələri akkreditasiya vəsiqələrini təqdim etməklə məşqdə iştirak edə bilərlər. Azarkeşlər isə məşqə buraxılmayacaq.
