5 sentyabr 2012 13:08
İsrailin yığmamızla oyun üçün start heyəti
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunda ilk dəqiqələrdən kimlərə şans verəcəyini artıq dəqiqləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Həmkarlarımızın fikrincə, təcrübəli mütəxəssis Bakıdakı oyunda aşağıdakı start heyətinə güvənəcək: Dudu Avat, Eytan Tibi, Yoval Şponqin, Yoav Ziv, Dan Mori, Bivers Natxo, Almoq Koen, Hen Ezra, Maor Melikson, Tomer Hemed, İtay Şehter.
Qeyd edək ki, Azərbaycan – İsrail oyunu sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
