5 sentyabr 2012 13:44
Xəzər Lənkəran Bakıya gəldi
“Kəpəz”lə yoxlama oyununa hazırlaşan “Xəzər Lənkəran” dünən Lənkəranda iki dəfə məşq edib. Azerisport.az xəbər verir ki, bu gün komanda doğma şəhərdə daha bir məşq keçib.
Günorta saatlarında isə “Xəzər Lənkəran” Lənkəranı tərk edərək Bakıya gələcək. “Happy İnn” otelində məskunlaşacaq komanda sabah “AZAL Arena”da “Kəpəz”lə qarşılaşacaq. Oyun saat 17:30-da başlayacaq.
