5 sentyabr 2012 14:34
Berti Foqts sabah jurnalistlərlə görüşəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirəcək. Azerisport.az xəbər verir ki, tədbir sabah - sentyabrın 6-da, saat 12:00-da, Sheraton Baku Airport Hotel-də təşkil olunacaq.
Qeyd edək ki, sentyabrın 7-də yığmamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraili qəbul edəcək. Bu mətbuatı konfransı da məhz sözügedən görüş öncəsi təşkil olunacaq.
