5 sentyabr 2012 14:48
Foqts və Lippert UEFA-nın tədbirinə qatılacaq
Sentyabrın 22-dən 24-dək Polşanın paytaxtı Varşavada UEFA-nın təşkilatçılığı ilə Avropa ölkələri milli komandalarının məşqçilərinin 10-cu Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirə yığmamızın məşqçiləri də qatılacaq.
Belə ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və AFFA-nın Texniki direktoru Bernhard Lippert tədbirdə iştirak edəcək.
