5 sentyabr 2012 15:54
Akif İsmayılov: Mərkəzi arena İsrail ilə oyuna tam hazırdı
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov bəyan edib ki, arena DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsrail matçına tam hazırdı. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq bütün xırda çatışmazlıqlar yoluna qoyulub. Stadion yüksək səviyyəli oyunları qəbul etməyə tam hazırdı. Oyun ərəfəsində heç bir tədbir planlaşdırmamışıq. Hər şeyi oyun üçün edirik”.
“Artıq bütün xırda çatışmazlıqlar yoluna qoyulub. Stadion yüksək səviyyəli oyunları qəbul etməyə tam hazırdı. Oyun ərəfəsində heç bir tədbir planlaşdırmamışıq. Hər şeyi oyun üçün edirik”.
Qeyd edək ki, Azərbaycan – İsrail matçı sentyabrın 7-də baş tutacaq.
