5 sentyabr 2012 16:08
İngiltərə yığması Bakıya iki itki ilə gəlir
Futbol üzrə İngiltərənin gənclərdən ibarət yığmasında iki dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, baş məşqçi Stüart Pirs iki futbolçudan imtina edib.
Bunlar Cek Roduellə Henri Lensberidi. Pirs süni meydanda keçiriləcək oyunda bu zədəli futbolçularla risk etmək istəmədiyini bildirib.
Bu isə sözügedən futbolçuların AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı forma geyə bilməyəcəyi anlamına gəlir.
