5 sentyabr 2012 16:49
“Partizana hörmət etsək də, ondan qorxmuruq”
“Neftçi”nin qapıçılarla işləyən məşqçisi Neboyşa Manoyloviç müsahibəsində komandasının Avropa Liqasında “Partizan”a qarşı keçirəcəyi oyunlardan danışıb, Serbiya və Azərbaycan futbolunu müqayisə edib.
- “Neftçi”yə gedişiniz necə alındı?
- Altı il öncə “Crvena Zvezda”nın qapıçısı Vladimir Miçoviç bu klubla müqavilə bağlayanda mənim də bura keçidim mümkün idi. Düzünü deyim ki, təklif barədə çox düşündüm. Təxminən iki ay yarım. Çünki mən Azərbaycanın harda yerləşdiyini də bilmirdim. Yalnız bura gələndən sonra bildim ki, bu klub böyük tarixə və ənənələrə malikdi. Bizim tarixi uğurumuz da təsadüfi deyil. Yaxın gələcəkdə təkcə “Neftçi”ni yox, digər Azərbaycan klublarını da qrup mərhələsində görə biləcəksiz.
- Azərbaycan və Serbiya futbolunu müqayisə edə bilərsiz?
- İnfrastruktur baxımından təbii ki, Serbiya futbolu Azərbaycan futbolunu qabaqlayır. Amma elə bu il burda dörd yeni stadion tikildi. Əgər belə davam etsə, Azərbaycan Serbiyanı qabaqlayacaq.

- “Neftçi”nin qrup mərhələsinə çıxmasını sürpriz saymaq olar?
- Hə. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdı. Biz hələ Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirdik. Amma İsraildə keçirilən “Hapoel”lə oyunda buraxdığımız səhvlər komandaya baha başa gəldi. “Neftçi”nin bu zəfəri bütövlükdə Qafqazda ilk belə uğurdu.

- Qrupdakı rəqibləriniz haqda nə deyə bilərsiz?
- “İnter”in təqdimata ehtiyacı yoxdu. “Rubin”lə də həm evdə, həm də səfərdə oynamaq asan deyil. Fikrimcə, biz daha çox “Partizan”la üçüncü yer uğrunda mübarizə aparacağıq. Əgər bir sürprizə imza atmışıqsa, niyə də davamı gəlməsin?

- “Crvena Zvezda”nın yetirməsi olan Saşa Stamenkoviçə “Partizan”a qarşı oynamaq çətin olmayacaq?
- Bütün futbolçularımız peşəkardılar. Stamenkoviç indi “Neftçi” üçün oynayır. Ola bilsin ki, “Partizan” azarkeşləri onu fitə bassınlar. Amma istənilən halda o, bizim qapıçımızdı.

- Proqnoz verə bilərsiz?
- Nəticə barədə danışmaq istəmirəm. Məncə, həm “Partizan”ın, həm də “Neftçi”nin üstünlükləri var. “Partizan”a hörmət edirik. Amma ondan qorxmuruq. Göstərmək istəyirik ki, qrup mərhələsinə təsadüfi çıxmamışıq.

- “Neftçi” necə futbol sərgiləyəcək?
- Biz müdafiədə oturmağı xoşlamırıq. Ona görə də hücum futbolu sərgiləyəcəyik.