5 sentyabr 2012 17:16
Regional FF-nin konfransı keçiriləcək
Sentyabrın 19-da, saat 12:00-da Regional Futbol Federasiyaları İctimai Birliyinin hesabat-seçki Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, təşkilatın ofisində keçiriləcək Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- RFF İB-nin prezidentinin keçən dövr üçün hesabatı
- Nəzarət-Təftiş komissiyasının hesabatı
- RFF İB prezidentinin seçilməsi
- Digər məsələlər
