5 sentyabr 2012 17:37

Bernard Lippert: Eyni uğurları millidə də qazanmalıyıq

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Bernard Lippert azerisport.az saytına müsahibəsində qarşıdakı AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq İngiltərə ilə oyundan danışıb.
 
- İngiltərə ilə oyundan nə gözləyirsiz?
- Futbolçularım bu oyundan böyük təcrübə qazanacaqlar. Ümid edirəm ki, biz daha yaxşı oyun sərgiləyə biləcəyik. Hansı ki, bunu ilk oyunda edə bilməmişdik.
 
- Komandanın qarşısına bu oyun üçün hansısa hədəf qoyulub?
- Əlbəttə! Mümkün qədər yaxşı oynamaq. Amma eyni zamanda İngiltərə yığmasının hazırda dünyanın ən yaxşılarından olmasını da unutmamaq lazımdı.
 
- Komandanızın bir neçə üzvü “Neftçi”nin futbolçularıdı. Onların bir neçə gün öncə böyük bir zəfərə imza atması eyforiyaya səbəb ola bilməz ki?
- Başa düşürəm ki, bu, Azərbaycan futbolu üçün ilk belə böyük uğurdu. Amma onları göydən endirmək qarşımızdakı əsas vəzifələrdən biridi. Onlar tam olaraq qarşıdakı oyuna köklənməlidilər.
 
- Həmin futbolçularla danışmısız?
- Nəinki danışmaq, hətta birgə bayram da etmişik. Mən belə bir komandada bizim futbolçuların olması ilə qürur duyuram. Təbii ki, mən də onların APOEL üzərində qələbəsinə çox sevindim.
 
- Siz oyunu izləmisiz?
- Mənim belə bir imkanım olmayıb. Amma bu barədə xəbəri eşidən ki, AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqə saxladım. Bu, böyük bir nəticədi.
 
- Sizcə, bu uğur yığmamızın çıxışına faydalı ola bilər?
- Buna ümidliyəm. Həmişə oyunçularıma demişəm ki, onların klub səviyyəsindəki qələbələri məni də qane edir. Amma biz eyni uğurları millidə də qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.