5 sentyabr 2012 16:53
Rail Məlikovun komandasından daha iki transfer
Türkiyənin “Denizlispor” klubu daha iki transfer edib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, rəhbərlik “Galatasaray”dan Anıl Dilaver ilə “Bursaspor”dan İsmail Haktan Odabaşının transferini həll edib. Artıq onlarla müqavilə də imzalanıb. Hər iki futbolçu bir il bu komandada icarə əsasında çıxış edəcəklər.
Qeyd edək ki, “Denizlispor”da Azərbaycan millisinin müdafiəçisi Rail Məlikov da çıxış edir.
