5 sentyabr 2012 18:11
Sumqayıtla AZAL arasında daha bir oyun
“Sumqayıt” Futbol Klubunun əvəzediciləri də yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Vaqif Paşayevin yetirmələri sabah “AZAL Arena”da AZAL-ın əvəzediciləri ilə qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt”la AZAL-ın əsas komandaları arasındakı yoxlama oyunu isə sentyabrın 10-da “AZAL Arena”da saat 18:00-da baş tutacaq.
