5 sentyabr 2012 10:51
Şaxtyor yığma komandamızı darmadağın etdi
Ukraynada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz "Şaxtyor" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Yığmamız bu görüşdə 0:3 hesabı ilə məğlub olub.
