5 sentyabr 2012 11:04
Neftçinin ilk rəqibi heyətini açıqladı
Serbiyanın “Partizan” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsi açıqlanıb. Azerisport.az xəbər verir ki, Serbiya təmsilçisinin iştirak ərizəsinə 30 futbolçunun adı daxil edilib.
Bunlardan üçü qapıçı, onu müdafiəçi, on ikisi yarımmüdafiəçi, beşi isə hücumçudu. Baş məşqçi Vladimir Vermezoviçin xidmətindən yararlanmaq şansına malik olduğu futbolçuların siyahısı belədi:
Qapıçılar: 30. Nikola Petroviç, 33. RadiŞa İliç, 88. Vladimir Stoykoviç;
Müdafiəçilər: 2. Aleksandar Milkoviç, 3. Vladimir Volkov, 5. Stefan Saviç, 6. Voyislav Stankoviç, 15. İvan İvanov, 17. Sreten Sretenoviç, 18. Aleksandr Lazevski, 19. Branko Paulyeviç, 37. Stefan Aşkovski, 40. Miloş Ostoyiş;
Yarımmüdafiəçilər: 4. Medo, 7. Nemanya Tomiç, 8. Qoran Lovre, 10. Zvonimir Vukiç, 11. Nikola Ninkoviç, 14. Darko Braşanaç, 20. Deyan Babiç, 21. Saşa Markoviç, 22. Saşa İliç, 39. Miloş Yoyiç, 50. Lazar Markoviç, 99. Milan Smilyaniç.
Hücumçular: 12. Stefan Şkepoviç, 27. Mohamed Zubya, 44. Marko Şkepoviç, 45. Aleksandar Mitroviç, 77. Filip Knejeviç.
Qeyd edək ki, “Partizan” Avropa Liqasında Azərbaycan çempionu “Neftçi” ilə bir qrupda yer alır. Paytaxt klubu ilk oyununu məhz bu komandaya qarşı keçirəcək. Həmin görüş sentyabrın 20-də Belqradda baş tutacaq.
