5 sentyabr 2012 11:16

“Zəif cəhətlərimizi aradan qaldırmağa çalışırıq”

Bu mövsüm “Simurq”un uğurlu transferlərindən hesab olunan Asif Mirili klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, icarə əsasında Zaqatala təmsilçisinin heyətinə qatılan gənc futbolçu hazırlıq prosesi və qarşıdakı planlar barədə sualları cavablandırıb.
 
- Öncə “Simurq”a gəlməyiniz haqqında danışaq. Necə oldu ki, komandamıza keçidiniz baş tutdu?
- Bura gəlməmişdən əvvəl keçmiş klubumun rəhbərliyi, baş məşqçisi ilə müzakirələr apardım və onların razılığın aldım. Orada yaxşı təlim-məşq toplanışları keçdim və oynamağa hazır idim. 2 klubunda ortaq razılığından sonra “Simurq”a keçidim baş tutdu.
 
- Komandaya uyğunlaşmağınız çətin olmadı?
- Deyərdim ki, elə də çətin olmadı. Çünki buradakı uşaqların əksəriyyətini əvvəlcədən tanıyırdım. Bir çoxu ilə birlikdə oynamışam. Baş məşqçimizdə bir vaxtlar sabiq klubum “İnter”də işləyib. Oradan tanışlığım var idi. Bu baxımdan “Simurq”da çətinliyim olmadı. Həm də Zaqatala mənim üçün bir baxımdan yaxşı oldu ki, məşq etməyə əlavə vaxtım olur. Hazırlıqlardan sonra qalıb, üzərimdə işləyə bilirəm.
 
- “Simurq”a transfer olan günün səhəri əsas heyətdə meydana çıxdınız. Bəs, bu sizdə nəsə çətinlik yaratmadı? Əsas heyətdəki mövqeyini qorumağa çalışırsanmı?
- Məşqçimiz çox sağ olsun. Mənə güvəndi və əsas heyətdə şans verdi. Deyərdim ki, həm “Bakı” ilə, həm də “Turan”la oyunum pis alınmadı. Əlbəttə ki, yerimi qorumaq üçün çox çalışıram. Bilirəm ki, hazırlıq prosesində artırmasam, kimsə məşq edib məni keçə bilər. Komandada güclü rəqabət var. Mən də hər gün məşqlərdə daha çox çalışıram ki, komandadakı yerimi qoruya bilim.
 
- Gürcüstan toplanışı necə gedir?
- Yaxşı məşqlər keçirik. Hazırlıq prosesimiz yüksək səviyyədə təşkil olunub. Bizdə bunu futbolçular olaraq dəyərləndirib, zəif cəhətlərimizi aradan qaldırmağa çalışırıq. Hələ ki, hər şey qaydasındadır. İnanıram ki, sona qədər də belə davam edəcək.
 
- “Xəzər Lənkəran”la oyunun təxirə salınması komandanın oyununa təsir göstərərmi?
- Məncə, bu bizim oyunumuza o qədər də təsir göstərməyəcək. Çünki qarşılaşmalara hazırlaşmaq üçün əlavə vaxt qazandıq. Bu da matçlarda özümüzü yaxşı tərəfdən göstərmək və qələbə qazanmaq üçün çox kömək edəcək.
 
- Fasilədən sonra ilk oyunumuzu “Rəvan”ladır. Bu komandanını necə dəyərləndirərdiniz?
- “Rəvan” yaxşı komandadır. Fikrimcə zəif rəqib deyil. Ən azından nəticələrinə diqqət yetirsək bunu görə bilərik. Son turda “Qarabağ”la heç-heçə etdi. Hər oyuna hazırlaşdığımız kimi, bu qarşılaşmaya da ciddi hazırlaşırıq.
 
- Komandanız cari mövsümdə qarşıya qoyulan məqsədə çatmaq gücünə malikdirmi?
- Əlbəttə, heyətdə olan hər bir futbolçu yaxşı bilir ki, “Simurq” bu mövsüm mütləq ilk “altılığ”a düşməlidir. İnanıram ki, biz buna nail olacayıq. Çox mehriban kollektivimiz var. Heyətdə həm təcrübəli, həm cavan yaxşı oyunçularımız var.
 
- Zaqatala azarkeşləri haqqında nə deyə bilərsiz?
- Onlarla münasibətlərim çox yaxşıdır. Sağ olsunlar ki, komandaya yeni gələn hər bir futbolçu kimi məni də yaxşı qəbul etdilər. Bizdə çalışacağıq ki, qarşıdakı turlarda onları daha çox sevindirək. Azarkeşlərimizin bizə olan inamını itirməyək.1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.