5 sentyabr 2012 11:22
Azərbaycan – İngiltərə matçı 1 manata
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İngiltərə qarşılaşmasının biletləri oyun günü stadionun kassalarında satılacaq. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 1 AZN-di.
Qeyd edək ki, görüş sentyabrın 6-da, saat 20:00-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutacaq.
