5 sentyabr 2012 11:31
Neftçinin rəqibi 22 oyunçu sifariş etdi
Rusiyanın “Rubin” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsi açıqlanıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisinin iştirak ərizəsinə 22 futbolçunun adı daxil edilib.
Bunlardan üçü qapıçı, yeddisi müdafiəçi, doqquzu yarımmüdafiəçi, üçü isə hücumçudu. Baş məşqçi Kurban Berdıyevin xidmətindən yararlanmaq şansına malik olduğu futbolçuların siyahısı belədi:
Qapıçılar: 1. Sergey Rıjikov, 24. Qedryus Arlauskis, 88. Alireza Heqiqi;
Müdafiəçilər: 2. Oleq Kuzmin, 3. Kristian Ansaldi, 4. Sezar Navas, 19. Vitali Kaleşin, 25. İvan Markano, 27. Salvatore Bokketti, 76. Roman Şaronov;
Yarımmüdafiəçilər: 6. Pablo Orbais, 8. Aleksandr Ryazantsev, 10. Alan Kasayev, 11. Karlos Eduardo, 20. Aleksey Yeryomenko, 23. Roman Yeryomenko, 55. Gökhan Töre, 61. Gökdeniz Karadeniz, 66. Bebras Natxo;
Hücumçular: 9. Sergey Davıdov, 22. Vladimir Dyadyun, 99. Xose Rondon.
