5 sentyabr 2012 11:48
Ufuk Budağın komandası şokda
Türkiyə Super Liqasında çıxış edən “Eskişehirspor” klubunun 26 yaşlı futbolçusu Ediz Bəxtiyaroğlu qəfildən dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, gənc futbolçunun səhhəti anidən pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Klubun rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir ki, E.Bəxtiyaroğlu ötən gecə vəfat edib. Klub azarkeşlərə, onun doğmalarına, bütün futbolsevərlərə başsağlığı verib.
Qeyd edək ki, E.Bəxtiyaroğlu bosniyalıdı. O, bu yay kluba transfer olunub. Məsələ ilə bağlı detallı məlumat gün ərzində veriləcək.
