5 sentyabr 2012 11:53
Millimizin Ukraynada toplanışı olacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, U-19-un Ukraynanın Simferopol şəhərində təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi sentyabrın 10-dan 20-nə qədər sürəcək.
