5 sentyabr 2012 00:27

“Neftçinin belə klublara da dişini göstərməsinin zamanı yetişib”

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Premyer Liqadakı çıxışlarından, “Neftçi”nin Avropa Liqasındakı uğurundan, eləcə də yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi görüşlərdən danışıb.
 
“Əsas heyətin yeddi üzvünün müxtəlif yığmaların düşərgəsinə yollanmasına baxmayaraq, biz gənclərdən ibarət yığmaya qarşı yaxşı oyun sərgilədik. Şadam ki, bu oyunda qələbə qazandıq (1:0). Düzdü, bu, sadəcə yoxlama oyunu idi. Amma yenə də hər oyunda qələbə qazanmaq istəyirik. Yığmamıza gəlincə, bu komandanı yaxşı tanıyıram. Perspektivli komandadı. Yaxın gələcəkdə bu komandanın bir qrup üzvü əsas millimizə keçəcək. Ümid edirəm ki, U-21-in İngiltərə ilə ev oyunu da uğurlu alınacaq”.
 
Sadıqov əsas yığmamızın oyunlarına görə Premyer Liqada yaranan fasilənin onlar üçün münasib olmadığını etiraf edib: “Bu fasilə bizim üçün münasib deyil. Çünki komandamız yaxşı sürət yığmışdı. Xal və xallar qazanmağa davam etmək lazım idi. Amma bu, yığmanın oyunlarına görədi və burda başqa nəsə edə bilmərik”.
 
Təcrübəli mütəxəssis mövsümün startından tam razı qaldığını deyir: “Öncədən komandanın qarşısına 3 oyuna 9 xal toplamaq hədəfi qoyulmuşdu. Amma hazırda liderlər qrupundakı vəziyyəti nəzərə alsaq, bizim 7 xal qazanmağımız da pis göstərici deyil. Özü də biz hələ favoritlərdən biri ilə oyunumuzu keçirməmişik. İstənilən komanda ilə mübarizə aparmağa hazırıq. Öz yetirmələrimə güvənirəm. Biz gücümüzü qarşıdakı oyunlarda da göstərəcəyik”.
 
Sadıqov “Neftçi”nin uğuruna da toxunub: “İstənilən azərbaycanlı kimi, “Neftçi”nin Avropa Liqasındakı tarixi zəfəri məni də qürurlandırdı. Özü də bunu ilk dəfə məhz futbolumuzun flaqmanı həyata keçirdi. Komandanın mövsümün əvvəlində qarşısına qoyduğu hədəf qət olunub. Amma bununla kifayətlənmək olmaz. Güclü rəqiblərlə bir qrupa düşsə də, “Neftçi”nin belə klublara da dişini göstərməsinin zamanı yetişib”.
 
Millimizin sabiq çalışdırıcısı “Neftçi”nin bu uğurunun yığma komandamızın qarşıdakı oyunlarına da təsirsiz ötüşməyəcəyini düşünür: “Neftçi”nin bu tarixi uğuru yığmamızın üzvlərinə də müsbət tərəfdən təsirini göstərməlidi. Fikrimcə, biz yaxşı oyun və müsbət nəticə görəcəyik. İsraili öz meydanımızda məğlub edə bilərik. Amma Portuqaliya ilə çətin olacaq. Onlar qrupun favoritidi. Heyətlərində çoxlu gənc futbolçuları var. Məhz bu komandaya vaxtilə böyük hesabla da uduzmuşuq. Eyni zamanda unutmamalıyıq ki, vaxtilə onlardan xal da almışıq. Meydan düz, top yumrudu. Oynamaq lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.