6 sentyabr 2012 13:11
Ufuk Budaq İsrailə qarşı oynamayacaq, Mahir Şükürovun iştirakı sual altındadı
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah keçirəcəyi İsraillə ilk oyun öncəsi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqtsun sərəncamındakı futbolçulardan bəzisinin problemləri var.
Məsələn, Türkiyənin “Eskişehirspor” klubunda top qovan Ufuk Budaq zədəlidi. Həkimlər onun qarşıdakı oyunda forma geyməcəyini bildiriblər.
Daha bir problem isə Mahir Şükürovla bağlıdı. “Neftçi”nin futbolçusunun temperaturu var. Amma mümkündü ki, o, İsraillə oyuna qədər tam hazır olsun.
