6 sentyabr 2012 13:23
Berti Foqts yenə PFL-dən şikayətləndi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Peşəkar Futbol Liqasının Premyer Liqanın təqvimində etdiyi dəyişikliklərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu qərarlardan narazılığını bilə gətirib:
“Bu, bizim seçmə mərhələnin digər oyunlarına hazırlığımıza mane olur. Mənə elə gəlir ki, PFL-də heç Avropada çempionatların necə keçirildiyini bilmirlər. Əlbəttə, biz də “Neftçi”nin Avropa Liqasında qrup mərhələsinə düşməyinə şadıq. Əminəm ki, bu komanda avrokuboklarda iştirak etməklə yanaşı, həftə sonunda Premyer Liqa oyununa da çıxa bilər”.