6 sentyabr 2012 13:34
Berti Foqts Kamran Ağayevlə bağlı XL rəhbərliyinə müraciət edib
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millidəki qapıçı problemindən danışıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis əsas qapıçı Kamran Ağayevin durumu ilə bağlı hətta “Xəzər Lənkəran” rəhbərliyinə müraciət etdiyini də dilə gətirib:
“Kamran Ağayevdən sonra bizim ikinci qapıçımız Anar Nəzirovdu. Andrey Popoviç yığmada oynamağa hazır deyil. Buna görə də onun əvəzinə Aqil Məmmədova dəvət göndərdim. “Qəbələ”nin baş məşqçisi Fatih Kavlakla Anar Nəzirovun niyə oynamadığı barədə söhbətləşmişəm. O dedi ki, Anardan daha güclü olan braziliyalı qapıçıları var. Təəssüf ki, mən klubun daxili işlərinə qarışa bilmərəm. Eyni zamanda “Xəzər Lənkəran” rəhbərliyi ilə də söhbətləşmişəm. Əfsuslar olsun ki, onlara da təsir etmək gücündə deyiləm”.