6 sentyabr 2012 00:17
Eli Qutman Bakıda mətbuat konfransı keçirəcək
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutmanın Bakıda mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir sentyabrın 6-da, saat 18:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Saat 19:00-da isə yığmanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi keçiriləcək.
