6 sentyabr 2012 13:46

Berti Foqts: İsrail ilə oyundan çox şey gözləyirəm

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
 
- Futbolçuların məşqlərdəki çalışmalarından razıyam. Bizim üçün yaxşı şərait yaradılıb. Yeni stadionumuz və məşq meydançamız var. Artıq Avropa standartlarına yaxınlaşırıq. Belə şəraitdə futbolçular da yaxşı hazırlaşırlar. Ümid edirəm ki, bütün bunlar seçmə mərhələdəki ilk oyunumuza təsirsiz ötüşməyəcək. Heyətə gəlincə, müdafiə xəttində bəzi problemlər var. Mahir Şükürovun hərarəti var. Ufuk Budaq zədəlidi, oynamayacaq. Hər şeyə rəğmən, sabah müdafiədə səhv buraxmasaq, uduzmayacağıq. Köməkçimlə birgə rəqib komandanın üç oyununa baxmışıq. İsrail güclü komandadı. Onların futbolçuları xarici çempionatlarda çıxış edirlər. Amma mənim komandam da öz ölkəsi üçün əlindən gələni edəcək.
 
- Gücünüzü qarşıdakı oyuna da saxlayacaqsız, yoxsa?
- Bu, bizim komandaların əsas problemidi. Oyunçular hələ də buna alışa bilməyiblər. Biz FİFA-dan Portuqaliya ilə oyunun 6 gün sonra keçirilməsini xahiş edə bilmərik. Mən futbolçularıma həmişə deyirəm ki, klublarında məşqlərdə çox çalışsınlar. Fiziki cəhətdən dörd gün içində iki oyun keçirməyə hazır ola bilmirik. Bundesliqada Avrokubok oyunlarının ardından həftə sonunda da çempionat matçları keçirilir. Amma Azərbaycanda avrokubok oyunlarına görə çempionat matçları təxirə salınır. Portuqaliya dünyanın ən güclü yığmalarından biridi. Amma bizə hazırda yalnız İsraili düşünürük. Portuqaliya barədə ilk oyundan sonra danışmaq olar.
 
- Müdafiədən hücuma daha tez keçməklə bağlı problemləri nə dərəcədə yoluna qoya bilmisiz?
- Bu, bizdə heç vaxt sürətli alınmır. Bu problemi qısa zaman kəsiyində aradan qaldırmaq mümkünsüzdü. Bunun üçün çoxlu məşq etmək lazımdı.
 
- İsraillə oyundan nə gözləyirsiz?
- Bizim uşaqlar doğma meydanda daha yaxşı oynayırlar. Bunu səfər matçlarında da görmək istərdim. Sabah baş tutacaq oyundan çox şey gözləyirəm. Yeri gəlmişkən, hazırda ehtiyat qüvvəmizin bol olması məni çox sevindirir. Burda yeni işə başlayanda belə şey yox idi. Bu, artıq müsbət haldı.
 
- Cavid İmamverdiyevi niyə yığmaya dəvət etməmisiz?
- Mən “Neftçi”nin oyununu izləyəndə o, ikinci hissədə meydana çıxmışdı. Həm də o, indi gənclərdən ibarət millinin heyətindədi. Onun 21-ə kömək etməsi lazımdı. Cavid son dövrlər çox artırıb. Bu, mənim xoşuma gəlir.
 
- Yeni mövsümdə hansısa tapıntınız var?
- Hələ yox. Fevralda Dubayda bir sıra gənclərə özünü göstərmək şansı yaratdım. Komandanın 18-19 nəfərlik özəyi var. Çətin ki, yaxın müddətdə hansısa yeni istedad görə bilək. Çempionatın səviyyəsi elə də yüksək deyil ki, bu, mümkün olsun. Bizim başqa ciddi problemlərimiz var. Bu, qapıçı çatışmazlığıdı. Hazırda heç bir qapıçımız klubunda forma geymir. Halbuki, onlara da oyun təcrübəsi lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.