6 sentyabr 2012 00:43

Bakının stadionu hazır olmaq üzrədi (VİDEO)

Elan olunduğu kimi, "Bakı" ötən ilin son günlərində misli-bərabəri olmayan layihəyə start verib. Azerisport.az xəbər verir ki, özündə bir çox idman növlərini birləşdirən İdman klubuna çevrilən "Bakı" klub infrastrukturunun təkmilləşdirilməsi sahəsində Azərbaycan idmansevərlərinin üzünü güldürəcək möhtəşəm bir fəaliyyəti yekunlaşdırmaq üzrədi.
 
"Bakı" idman klubunun prezidenti Hafiz Məmmədovun sərəncamına əsasən hazırlanan inkişaf proqramına uyğun olaraq klub bazasının inşasının ikinci mərhələsinə qədəm qoyulub. 2011-ci ildən etibarən idmançıların ixtiyarına verilən təlim-məşq bazasının davamı olaraq yeni idman kompleksləri və futbol sahələrinin tikintisini nəzərdə tutan proqramın icrası başa çatmaqdadı.
 
Qısa bir müddətdə tamamlanacaq proqram daxilində təbii örtüklü 4 yenu futbol sahəsi, idmançılar üçün 120 nəfərlik mehmanxana, 3000 azarkeş tutumuna malik dünya standardlarına cavab verən universal qapaılı idman zalının inşası tam sürətlə davam edir. Bu arenada istənilən səviyyəli beynəlxalq yarışlar təşkil etmək mümkün olacaq.
 
Layihə çərçivəsində futbol arenasının yenidən qurulması, təxminən, 3000 azarkeş qəbul edəcək müasir futbol stadionuna çevriləcəyi gün də üzaqda deyil. Haqqında söhbət gedən nəhəng infrastruktur çalışmalarının bir neçə həftə ərzində başa çatması planlaşdırılır.
 
Nəzərə alsaq ki, FİFA qadınlardan ibarət U-17 Dünya çempionatının iştirakçıları klub bazasında məşq edərək həlledici oyunlara, məhz, burada hazırlaşacaqlar, görülən işlərin əhəmiyyəti birə-iki artmış olur. Bu işlər xüsusi keyfiyyət və dəqiqliklə və zamanında aparılır. Artıq təbii örtüklü meydanlar Dünya Çempionatının iştirakçılarının yolunu gözləyir. Digər sahələrdə isə işlər tam intensivliyi ilə davam edir.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.