6 sentyabr 2012 00:52

109 komanda, 11 fərqli turnir

Çimərlik futbolu üzrə turnirlərdən biri Azərbaycan kubokunun da seçə mərhələsi sayılan Xəzər rayon birinciliyi olub. Azerisport.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti və Gənclər İdman İdarəsinin dəstəyi ilə futbolun kütləviləşməsi üçün önəmli rol oynayan turnirdə 8 komanda iştirak edib. Gərgin keçən mübarizədən sonra “Buzovna Xəzri” çempionluğu bayram edib.
 
Mükafatçılar: I yer, “Buzovna Xəzri” II yer: “Mərdəkan”, II yer : “Pirallahı”
 
Bakı şəhər kənd və qəsəbələrinin çempionatı 8-17 iyun 2012-ci il tarixlərini əhatə edib. “Dalğa Arena”da keçirilən yarışda 15 komanda iştirak edib. “Xəzri Azpetrol” bütün rəqiblərini qabaqlayaraq qızıl medallara sahib çıxıb.
 
Mükafatçılar: I yer – “Xəzri Azpetrol”, II yer – “Hövsan”, III yer “Əmircan”
 
Cənub Regional Futbol Federasiyası və yerli icra nümayənəliyinin dəstəyi ilə keçirilən Çimərlik futbolu üzrə Astara Rayon çempionatı da çimərlik futbolunun regionlarda populyarlaşması üçün böyük önəm kəsb edib. 6 komandanın iştirak etidiyi birincilikdə “Rüdəkənar” çempion olub.
 
Mükafatçılar: I yer – “Rüdəkənar”, II yer – “Astara veteran”, III yer “Stansiya”.
 
Regionlarda futbolun inkişafı və kütləviləşməsi yolunda əhəmiyyətli yarışlardan biri də, çimərlik futbolu üzrə Şimal Region zona birinciliyi oldu. 8 iyul tarixində Sumqayıt şəhərində keçirilən yarışda 11 komanda mükafatlar uğrunda mübarizə aparıb. Rəqiblərindən üstün olan “Qusar” komandası yarışın qalibi oldu.
 
Mükafatçılar: I yer “Qusar”, II yer – “Şabran”, III yer –“Quba”.
 
Çimərlik futbolu üzrə Sumqayıt Şəhər çempionatı da olduqca maraqlı alınıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclər İdman İdarəsinin eləcə də AFFA-nın dəstəyi ilə keçirilən yarış 1 aya yaxın davam edib. (11 iyun – 7 iyul 2012). Turnirin qalibi adına “Paralimpiya” layiq görülüb.
 
Mükafatçılar: I yer: “Paralimpiya”, II yer “Sumqayıt Şəhər” FK, III yer “SDU”.
 
Astarada daha bir yarış baş tutub. Çimərlik futbolu üzrə Cənub regional zona birinciliyində 7 komanda iştirak edib. 14 iyulda Astara şəhərində baş tutan çempionatın qalibi “Xəzər 92” olub.
 
Mükafatçılar: I yer : “Xəzər 92”, II yer – “Astara”, III yer – “Salyan”
 
Çimərlik futbolu üzrə “London 2012 Olimpiya və Paralimpiya oyunlarına dəstək” turniri 15 iyulda “Dalğa Arena”da baş tutub. İdmançılarımızı dəstəklədiklərini nümayiş etdirən komandalar arasında mübarizədən “Rövşən Bayramov” qalib ayrılıb.
 
Mükafatçılar: I yer –“Rovşan Bayramov” II yer – “İlham Zakiyev”, III yer – “FArida Azizova”.
 
Çimərlik futbolu üzrə “Media Kuboku-2012” 21 iyul tarixdə “Dalğa Arena”da keçirildi. 6 komandanın mübarizə apardığı yarış “Olimpiya”nın çempionluğu ilə başa çatıb. 
 
Xatırladaq ki, bu turnir medianın da böyük marağına səbəb olub.
 
Mükafatçılar: I yer: Olimpiya ,II yer AZTV, III yer – Sportsmen.
 
Çimərlik Futbolu üzrə Bakı şəhər birinciliyi gərgin idman mübarizəsinə səhnə oldu. 6-28 iyul aralığında “Dalğa Arena”da keçirilən yarışda 15 komanda mübarizə apardı.
 
Bakı Şəhər İcra Hakimiyyəti və Gənclər İdman Baş İdarəsinin dəstəyi ilə keçirilən turnirdə “Bakı” çempion adını qazanaraq ölkəmizi beynəlxalq turnirdə təmsil etmək hüququ qazandı .
 
Mükafatçılar: I yer - “Bakı”, II yer “Xəzri Azpetrol II”, III yer – “Okean”.
 
Qaçqın və məcburi köçkün komandaları arasında keçirilən birincilik həm də, Azərbaycan Kubokunun Seçmə mərhələsi idi. 7 avqustda Sumqayıt şəhərində təşkil olunan yarışda 4 komanda iştirak edib və Füzuli rayonunun komandası çempionluqla yanaşı növbəti mərhələyə də vəsiqə qazanıb.
Mükafatçılar:
 
I yer - Füzuli rayonu, II yer – Laçın rayonu, III yer zəngilan rayonu.
 
Çimərlik futbolu üzrə “Topaz” SC tərəfindən şirkətlər arasında keçidiyi turnir olduqca maraqlı alınıb. 25-28 avqust aralığında “Dalğa Arena”da keçirilən yarış həm də azarkeşlərin böyük marağına səbəb oldu. “Bakı”, “Neftçi” və “Xəzri Buzovna” komandalarının çıxışları xüsusilə seçildi. Turnirin qalibi adına isə “Neftçi” yiyələndi. 
 
Xatırladaq ki, komandalar bu turnirdə şirkət adlarıyla çıxış edib.
 
Mükafatçılar: I yer” Neftçi”, II yer “Borusan BMGS”, III yer “Okean”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.