6 sentyabr 2012 01:08
Bakının futbolçusu yığmamıza gec qoşulacaq
“Bakı” futbol klubunun gənc hücümçusu Namiq Ələsgərov 10-20 sentyabr tarixlərində Azərbaycan U-19 yığmasının düşərgəsinə dəvət alıb. Azerisport.az xəbər verir ki, Namiq milli komandanın Ukraynada baş tutacaq təlim-məşq toplantısında iştitrak etməlidi.
Ancaq səfər tarixində dəyişiklik edilib. 14 sentyabr tarixində Azırbaycan Premyer Liqasının 5-ci turunda “Bakı”nın “Turan”ı qəbul etdiyini nəzərə alan AFFA-nın razılığı ilə futbolçunun düşərgəyə 15 sentyabr tarıxındə qoşulacağı qərara alınıb.
