6 sentyabr 2012 20:57
Arazdan ikinci oyununda əzmkar qələbə! (YENİLƏNİB)
Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində təmsilçimiz “Araz” bu gün ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu bu dəfə Hollandiyanın “Eyndhoven” klubu ilə qarşılaşıb.
Görüş hollandlar üçün daha yaxşı başlayıb. Lakin komandamız ilk yarını məğlub başa vursa da, fasilədən sonra əzmkar qələbə qazanıb.
Qeyd edək ki, təmsilçimiz qrupdakı ilk matçını ötən gün keçirmişdi. Macarıstanın Dyor şəhərində keçirilmiş qarşılaşmada “Araz” İrlandiyanın IED komandasını Vitali Borisovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə məğlub etmişdi.
Beləliklə, Azərbaycan çempionu iki oyundan sonra qrup liderliyini ələ alıb.
UEFA Kuboku
Qrup mərhələsi
6 sentyabr
ARAZ – EYNDHOVEN - 4:3 (2:3)
Qollar: Karlos Alberto, 4; 38, Vitali Borisov, 18, Aleksey Petrov, 32- El-Attabi, 2, Yordani, 5, Bali, 15.
