6 sentyabr 2012 21:47
Azərbaycan İngiltərədən qisasını ala bilmədi (YENİLƏNİB)
Bu gün gənclərdən ibarət yığmalar arasında 2013-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-21 yığması da öz qrupunda sayca səkkizinci, həm də sonuncu matçına çıxıb.
Belə ki, Bernard Lippertin çalışdırdığı komandamız doğma meydanda İngiltərəni qəbul edib. Hansı ki, bu komanda keçirdiyi əvvəlki oyunlardan yalnız birində xal itirdiyi halda, qalan görüşlərin hamısında qələbə qazanmışdı. Qrupumuzun aşkar favoriti 15 xalla qrup lideri idi. Stüart Pirsin komandası zirvəni əldən verməmək üçün Bakıda da qələbə qazanmağı hədəfləmişdi. Yığmamız isə son matçını qələbə ilə başa vurmaqla turnir cədvəlinin üçüncü pilləsinə qalxmaq şansına malik idi. Bu, həmçinin ingilislərdən ilk oyundakı darmadağının qisasını almağa da şərait yaradacaqdı. Üstəlik, komandamız ilk dəfə seçmə mərhələlərdə 10 xal yığmaqla rekorda imza ata bilərdi. Amma çox təəssüf ki, hər hissədə buraxılan bir qol Lippertin komandasının seçmə mərhələni məğlubiyyətlə bitirməsinə səbəb olub.
Qeyd edək ki, buna qədər yığmamız 7 oyun keçirmişdi ki, onlardan ikisində qələbə qazanmış, birində heç-heçəyə nail olub, qalanlarında uduzmuşdu. İlk iki oyununu səfərdə keçirən millimiz ardıcıl olaraq İngiltərəyə (0:6) və Belçikaya (1:4) uduzmuşdu. Daha sonra isə evdə Norveçə (0:2) yenilən futbolçularımız Belçika ilə ev oyununda 2:2 hesablı heç-heçəyə nail olmuşdular. İslandiya ilə ev oyununda isə komandamız seçmə mərhələdə ilk qələbəsini qazanmışdı – 1:0. Norveçlə səfər oyununda məğlubiyyətlə (0:1) üzləşən futbolçularımız bunun acığını yenə islandlardan çıxmışdılar – 2:1.
AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
6 sentyabr
AZƏRBAYCAN – İNGİLTƏRƏ - 0:2 (0:1)
Qollar: Kolker, 28 (0:1), Şelvi, 83 (0:2)
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
5. İlk dəqiqələr daha çox kəşfiyyat xarakteri daşıyır. Amma millimizin müəyyən fəallığı hiss olunur
9. C.İmamverdiyev əla ötürməni başla tora qovuşdura bilmir
11. Komandamız oyunda ilk künc zərbəsini yerinə yetirir. Uğursuz alınır
12. İngilislərin ilk hücumu məhz yığmamızın uğursuz korneri sonrası gerçəkləşir. Sordelin əks-hücumu bitirən zərbəsində azacıq dəqiqlik çatışmır
15. Hendersonun zərbəsi qapının üstündən keçir
15. İngilislər artıq təşəbbüsü ələ almağa başlayıblar
18. Zahanın zərbəsi toru yandan silkələyir
21. İngilislərin də künc zərbəsi uğursuz alınır
22. Hendersonun daha bir zərbəsi qapıdan xeyli aralı keçir
24. İngilislərin növbəti korneri yenə müdafiəçilərimiz tərəfindən dəf olunur
25. Douson Rizvana qarşı kobudluğa görə sarı vərəqə alır
25. Umarov zədələnib və həkimlər meydana daxil olur
28. Cərimə zərbəsi zamanı qapı qarşısında müdafiəçilərimizlə qapıçımızın bir-birini başa düşməməsindən yararlanan Kolker başla topu tora qovuşdurur - 0:1
30. Kolkerin zərbəsi qapıdan yan keçir
32. Qonaqların növbəti künc zərbəsi: futbolçularımız sayıqdılar
34. Zahanın zərbəsi müdafiəçilərdən dönür
38. Sordelin zərbəsini Səlahət kornerə çıxarır
39. Qonaqların korner vuruşu uğursuz olur
42. Kolkerin zərbəsini Səlahət tutur
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. R.Umarov zədəli olduğundan onu fasilədə O.Həsənov əvəzləyir
47. Şelvinin zərbəsini Səlahət dəf edir
48. Zahanın zərbəsi qapıdan aralı keçir
51. O.Həsənov cərimə meydançasında yerdə qalsa da, yunan hakimlər penalti olmadığı qənaətindədilər
53. İngilislərin təhlükəli hücumu zamanı Səlahət inamlı oynayır
54. Arazın uzaqdan zərbəsi çox qeyri-dəqiq olur
60. İmamverdiyevun uzaq doqquzluğa ünvanladığı top azacıq fərqlə çölə çıxır
62. Zahanı Marşal əvəzləyir
67. Arazın cərimə meydanı həndəvərindən zərbəsini qapıçı tutur
69. Sordelin əvəzində meydana K.Uiqhem daxil olur
71. B.Hüseynov da sarı vərəqə ilə cəzalanır
74. Komandamızın təhlükəli hücumu zamanı rəqib qapıçı topa sahib çıxır
79. Seyidovun zərbəsini Amos tutur
80. Yığmamızda E.Quliyevi R.Qurbanov, N.Məmmədovu isə Ü.Abbasov əvəzləyir
83. Yenə müdafiəçilərimizlə qapıçımızın kompleks səhvi Şelvinin ikinci qolu vurması ilə nəticələnir - 0:2
86. İns Delfaunso ilə əvəzlənir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Novruz Məmmədov, 6.Mirhüseyn Seyidov (k), 7. Araz Abdullayev, 8. Cavid İmamverdiyev, 10. Eşqin Quliyev, 14. Bədavi Hüseynov, 17. Rizvan Umarov, 19. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: Osman Umarov, 9. Orxan Həsənov, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 15. Amit Quluzadə, 20. Urfan Abbasov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Bernard Lipper.
İNGİLTƏRƏ: 1. Ben Emos, 2. Martin Kelli, 3. Deni Rouz, 4. Ceyson Lou, 5. Stiven Kolker, 6. Kreyq Douson, 7. Vilfred Zaha, 8. Cordan Henderson (k), 9. Marvin Sordell 10. Conco Şelvi, 11. Tomas İns.
Ehtiyat oyunçular: 13. Deklan Radd, 12. Neteniel Klayn, 14. Rayan Bennett, 15. Ben Marşall, 16. Netan Delfaunso, 17. Martin Ueqhorn, 18. Konnor Uikhem.
Baş məşqçi: Stüart Pirs.
|
1. İngiltərə
|
7
|
6
|
0
|
1
|
23-3
|
18
|
|
2. Norveç
|
6
|
4
|
1
|
1
|
10-5
|
13
|
|
3. Belçika
|
6
|
2
|
2
|
2
|
11-12
|
8
|
|
4. Azərbaycan
|
8
|
2
|
1
|
5
|
6-18
|
7
|
|
5. İslandiya
|
7
|
1
|
0
|
6
|
4-16
|
3
|
