6 sentyabr 2012 14:18
Ramin Musayev Foqtsun cavabını verdi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yığmamızın baş məşqçisi Berti Foqtsun təqvimdəki dəyişikliklərə etirazına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Birincisi, çempionatın qrafiki Foqtsun razılığı ilə tərtib olunub. Məhz onun arzusu ilə turların və oyunların vaxtında çoxlu dəyişiklik etmişik. Təki, yığmamız DÇ-2014-ün seçmə mərhələsində uğurlu çıxış etsin. İkincisi Foqts özü Avropadakı yığmaların nə vaxt bir araya gəlməsinə baxsın. Məsləhət görərdim ki, o, bütün diqqətini yığmamıza yönəltsin. Üçüncüsü də “Neftçi”nin Avropa Liqasındakı çıxışı ilə əlaqədar edilən dəyişikliklər yığmanın planlarına təsir göstərmir”.