6 sentyabr 2012 14:45
Yığmamız və Neftçi ciddi itki ilə üzləşdi
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyev AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində İngiltərəyə qarşı keçirəcəkləri oyunu buraxacaq. Azerisport.az xəbər verir ki, buna Cavidin son məşqdə zədələnməsi səbəb olub.
Lakin futbolçunun tezliklə sıraya dönəcəyi gözlənilir. Yəni yığmanın bu vacib görüşünü buraxsa da, İmamverdiyevin Avropa Liqasında Serbiya “Partizan”ı ilə sentyabrın 20-də baş tutacaq səfər görüşündə iştirakı istisna deyil.
Qeyd edək ki, Azərbaycan – İngiltərə matçı bu gün baş tutacaq.
