6 sentyabr 2012 15:16
Millimizin İsraillə oyununa ciddi təhlükəsizlik tədbirləri görülür
İsrail mətbuatı bu ölkənin futbol üzrə yığma komandasının Azərbaycandakı durumuna görə çox narahatdı. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda yığmamızın qonağı olacaq İsrail millisinin xoşagəlməz olaylarla üzləşməsi ehtimalı az deyil.
Bu üzdən də İsrail mətbuatı artıq iki gündü demək olar ki, yalnız bu məqamlara toxunur. Halbuki, İsrail yığması çox ciddi şəkildə mühafizə olunur. Azərbaycan polisinə və təhlükəsizlik xidmətinin işçilərinə israilli həmkarlarının da yardım göstərdiyi bildirilir. Onlar qonaqların qaldığı oteli ciddi şəkildə qoruyurlar.
Xüsusi təhlükəsizlik tədbirləri bu gün baş tutacaq son məşq və sabah keçiriləcək oyun zamanı da həyata keçiriləcək.
